SON XƏBƏRLƏR

Amerika rəsmiləri Qazaxıstan və Özbəkistana səfər edəcəklər

2025.10.25, 10:20
Amerika rəsmiləri Qazaxıstan və Özbəkistana səfər edəcəklər

Amerikanın Cənubi və Orta Asiya məsələləri üzrə xüsusi elçisi Sercio Qor və Dövlət katibinin müavini Kristofer Landau 26-30 oktyabr tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcəklər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbərv erir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat verib.

Səfər zamanı Amerika nümayəndələri iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi də daxil olmaqla genişspektrli məsələləri müzakirə etmək üçün hər iki ölkənin hökumət rəsmiləri ilə görüşəcəklər.

"Amerika münasibətləri möhkəmləndirmək və ticari-iqtisadi əlaqələri genişləndirmək üçün Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlıq etməyə davam edəcək. Amerika tərəfi, həmçinin ikitərəfli əməkdaşlığı dərinləşdirmək və "C5+1" diplomatik platforması çərçivəsində Amerika-Mərkəzi Asiya tərəfdaşlığının 10-cu ildönümünü qeyd etmək niyyətindədir", - bəyanatda qeyd edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar