SON XƏBƏRLƏR

Urmu gölünün qurumasına səbəb olan məhsulların istehsalı artıb

2025.10.25, 13:13
Urmu gölünün qurumasına səbəb olan məhsulların istehsalı artıb

Urmu gölünün qurumasının səbəblərindən biri də bölgədə çox su tələb edən məhsulların əkininin geniş yayılmasıdır.

Gunaz.tv

Bununla bağlı yerli mütəxəssislər və ekoloqlar bildirirlər.

Onların fikrincə bölgədə əkin ənənəsinin dəyişdirilməsi, modern suvarma üsulundan istifadə barədə tövsiyə və xəbərdarlıqlara əhəmiyyət verilməyib.

Son araşdırmalara görə, Urmu gölü hövzəsində su istehlakının 68 faizini dörd məhsul - alma, çuğundur, yonca və buğda təşkil edir.

Həmin məhsullra suvarma sezonunda təxminən 2 milyard 390 milyon kubmetr su sərf olunduğu bildirilir.

Bu məhsullar isə regionun ümumi iqtisadi əlavə dəyərinin 8 faizini təşkil edir və bölgənin iqtisadiyyatında ciddi rol oynamır.

Xüsusən şəkər çuğunduru əkininin Urmu gölü hövzəsinin su ehtiyatlarının tükənməsində əhəmiyyətli rolu var.

Son məlumatlara görə, ötən əkin ilində Qərbi Azərbaycan əyalətində ümumilikdə 2.1 milyon ton şəkər çuğunduru istehsal olunub.

Bu isə İranın şəkər çuğunduru istehsalının 35%-i təşkil etməklə İranda birinci yeri tutu.

Blgədə istehsal olunan şəkər çuğunduru isə suyun istehlakına görə dünya üzrə orta göstəricidən 3 dəfə, suvarma üçün tələb olunan suya görə isə dünya standartından təxminən 9 dəfə artıq su tələb edir! 

Bölgədə su çatışmazlığı və Urmu gölünün qurumasına baxmayaraq, son illər İran hökumətinin yerli əkinçiləri şəkər çuğundurunun əkini üçün daha çox təşviq etməsi, gölün bilərəkdən qurudulması barədə irəli sürülən ehtimalların əsaslı olduğuna dair fikirləri gücləndirir.

Qeyd edək ki, hazırda Urmu gölü demək olar ki tamamilə quruyub və peykdən çəkilən fotolarda o görünmür.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar