SON XƏBƏRLƏR

FATF İranın adını yenidən qara siyahısında saxladı

2025.10.25, 13:46
FATF İranın adını yenidən qara siyahısında saxladı

Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) yeni açıqlamasında beynəlxalq qurumla əlaqələrin bərpa olunmasına baxmayaraq, İran İslam Respublikasının yüksək riskli ölkələr siyahısında qalacağını açıqlayıb.

Gunaz.tv

Bu haqda FATF-nın oktyabrın 24-də yaydığı bəyanatda bildirilib.

Qurum İranın statusunun fəaliyyət planı tam icra olunana qədər dəyişməyəcəyini vurğulayıb.

"Tehran 2016-cı ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə rejimində islahat aparmaq üçün siyasi öhdəlik götürmüşdü, lakin bu öhdəliklərin əksəriyyəti yerinə yetirilməyib",-, bəyanatda bildirilib.

Bəyanata görə, üzv dövlətlərdən 2020-ci ilin fevral ayından etibarən İrana qarşı təsirli əks tədbirlər görmələri tələb olunur. FATF həmçinin İranın Palermo Konvensiyasına qoşularkən elan etdiyi geniş məhdudiyyətlərin beynəlxalq standartlara uyğun olmadığını müəyyən edib.

Bu qərar İslam Respublikasının Palermo Konvensiyalarını və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizəni (TMB) ratifikasiya etdiyini iddia etdiyi bir vaxtda verilib. Ancaq beynəlxalq qurumlar İranın öhdəliklərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır, onun qlobal standartlara uyğun olaraq faktiki tətbiqini təsdiqləmir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar