SON XƏBƏRLƏR

İranda hakimiyyət davası - SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb

2025.10.27, 13:06
İranda hakimiyyət davası - SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb

İsrailin İrana hücumundan sonra ölkə rhbəri Əli Xaməneinin nüfuzunun kəskin azalması fonunda hakimiyyətdaxili qruplaşmaların qarşıdurması əvvəlkindən daha çox özünü göstərməyə başlayıb.

Gunaz.tv

Əli Şəmxaninin qızının dəbdəbəli və məcburi hicab qaydalarının qorunmadığı toy videosunun yayılmasından sonra qarşıdurma dahada şiddətlənib.

İranın bəzi media orqanlarının iddiasına görə, videonun yayılmasının arxasında İranın keçmiş islahatçı prezidenti Həsən Ruhani dayanır.

Onların iddiasına görə, Ruhani bu vasitə ilə Ali Müdafiə Şurasındakı nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və İran Məsləhət Şurasının üzvü Şəmxanini mühafizəkar qrupların da gözündən salmağa, nüfuzunu azaltmağa və Əli Xaməneidən sonrakı dövrdə onun hakmiyyətdə təmsil olunmaq şansını minimuma endirməyə çalışıb.

Bəzi SEPAH komandirlərinin Şəmxaniyə dəstək verməsindən sonra isə Həsən Ruhaninin müşaviri Hisaməddin Aşena təhdid bəyanatı ilə çıxış edib.

SEPAH-ın keçmiş baş komandiri Məhəmməd Əli Cəfərini başçılıq etdiyi qurumda mövcud olan korrupsiya və qanunsuz əməlləri ifşa edəcəyi ilə hədələyib.

Bu həm də, Məhəmməd Əli Cəfərinin keçmiş prezident Həsən Ruhani və Məhəmməd Cavad Zərifin Rusiya-İran münasibətlərini tənqid etmələrindən sonra verdiyi bəyanata cavab olaraq səsləndirilib.

Ruhani və Zərif İranın Rusiyaya güvənərək Qərblə münasibətləri dahada gərginləşdirməsinin faciə ilə nəticələnəciyini bildiriblər.

Bununla eyni vaxtda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da Ruhani və Zərifi "Rusiya ile strateji iş birliyinə zərər vurmaq"da ittiham edib.

Siyasi ekspertlərin fikrincə, İslam Respublikasında münaqişələrin kəskinləşməsi hakimiyyət strukturunun zəiflədiyi və daxili fikir ayrılıqlarının daha aydın göründüyü bir vaxtda baş verir.

Onların sözlərinə görə, bundan əvvəl hakimiyyət daxilindəki qarşıdurma və rəqabətləri açıq şəkildə bruzə verməyə çəkinən qüvvələr indi bunu açıq şəkildə edirlər.

Bu isə Əli Xameneidən sonrakı dövrdə siyasi qruplaşmaların hakimiyyəti ələ almaq üçün alternativ komandaları sıradan çıxarmaq cəhdlərinin nişansidir.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar