SON XƏBƏRLƏR

67 yaşlı siyasi məhbus edama məhkum edildi

2025.10.27, 15:56
67 yaşlı siyasi məhbus edama məhkum edildi

Rəşt şəhərinin İnqilab Məhkəməsi 67 yaşlı siyasi məhbus Zəhra Şahbaz Təbəri barədə edam hökmü çıxarıb.

Gunaz.tv

Bu haqda onun ailəsi məlumat yayıb.

Məlumata görə, siyasi məhbus Tehran hökumətnə müxalif olan İran Xalq mücahidləri Təşkilatına üzv olmaqda günahlandırılıb.

"Məhkəmə iclası 10 dəqiqə çəkib və hökumətin təyin etdiyi vəkil Zəhra Şahbaz Təbərini müdafiə etməyib",- məlumatda bildirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları bu ilin 17 aprelində Zəhra Şahbaz Təbərinin evinə hücum edərək onu saxlayıb və təhlükəsizlik təcridxanasında dindirdikdən sonra Rəşt şəhərinin Lakan həbsxanasına köçürüblər.

Onun ailəsi, məhbusa qarşı irəli sürülən ittihamların saxta olduğunu bldiribjər.

Təbəri, elektrik mühəndisi və İran Mühəndislik Sistemləri Təşkilatının üzvüdür. O, magistr dərəcəsini İsveçin Boras Universitetində "Davamlı Enerji" ixtisası üzrə alıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar