SON XƏBƏRLƏR

İranda spirtli içkidən istifadə edənlərin sayı artıb

2025.10.27, 16:29
İranda spirtli içkidən istifadə edənlərin sayı artıb

Ölkədə spirtli içkidən istifadə halları artıb və bu günə kimi tiryəkdən istifadə edənlərin bir qismi də onu spirtli içki ələ əvəz ediblər.

Gunaz.tv

Bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Rza Şalbafan deyib.

O, bunun əsas amillərdən birinin cəmiyyətdə stresin artması olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İra Tibbi Ekspertiza Mərkəzi də spirtli içikilərdən istifadə edənlərin sayının artığı barədə məlumat yayıb:

2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində ölkədə zəhərlənmələr nəticəsində baş verən ölümlərin 5%-i saxta spirtli içkilərdən istifadə ilə bağlı olub".

Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına əsasən, spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə İran dünyada 9-cu yerdə dayanır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar