SON XƏBƏRLƏR

Amerika Polşadakı hərbi kontingentini azaltmayacaq

2025.10.30, 11:33
Amerika Polşadakı hərbi kontingentini azaltmayacaq

Amerika Polşadakı hərbi kontingentini azaltmayacağını Varşavaya bildirib.

Gunaz.tv

Bu barədə Polşanın Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

"Amerika Müdafiə Naziri Pit Heqset ilə əvvəlki söhbətlərimdən və bu gün nazir müavini Pavel Zalevski ilə Baş Qərargah rəisi Vieslav Kukula arasında müttəfiqlərimizlə apardığımız söhbətlərdən Polşadakı Amerika qoşunlarının mövcudluğunda heç bir azalma olmayacağına dair təsdiq aldıq", - Kosinyak-Kamış “X” hesabında yazıb.

Qeyd edək ki, əvvəllər Amerikanın Avropada, xüsusən də Rumıniyada hərbi mövcudluğunu azaldacağı bildirilirdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar