SON XƏBƏRLƏR

"CNN": Tayvan Amerika ilə münasibətlərin soyumasından narahatdır

2025.10.30, 12:30
"CNN": Tayvan Amerika ilə münasibətlərin soyumasından narahatdır

Tayvan Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonla soyumuş münasibətlərin səbəblərini aradan qaldırmağın yollarını axtarır.

Gunaz.tv

Bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.

Amerika lideri daha əvvəl bəyan edib ki, Tayvan Amerikanın mikroçip istehsalı biznesini ələ keçirib.

Tramp Çinlə ticarət sazişi üzərində işləyərkən, onun administrasiyası adaya bəzi hərbi yardımı dayandırıb.

Taypey isə Vaşinqtonla münasibətləri yaxşılaşdırmağı, o cümlədən Amerikadakı nümayəndəsini dəyişdirməyi düşünür. Alekandr Yu hazırda Amerikadakı Taypey İqtisadiyyat və Mədəniyyət Ofisinə (de-fakto səfirlik) rəhbərlik edir. Tayvan administrasiyası onun yerinə siyasəti dah yaxşı bilən diplomat təyin etmək istəyir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar