SON XƏBƏRLƏR

Çin Amerikandan Tayvana silah satışını dayandırmağı tələb edib

2025.10.31, 11:57
Çin Amerikandan Tayvana silah satışını dayandırmağı tələb edib

Amerika Tayvana silah satışı məsələsinin bütün təhlükəsini anlamalı və Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalıdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan mətbuat konfransı zamanı bildirib.

19-21 oktyabr tarixlərində Merilend ştatında Tayvan və Amerika nümayəndələrinin üç günlük illik konfransı keçirilib, burada birgə silah inkişafı və istehsalı, müdafiə texnikasının çatdırılmasının sürətləndirilməsi məsələləri müzakirə edilib.

"Amerika Tayvana silah satışı məsələsinin yüksək həssaslığını və ciddi təhlükəsini dərk etməli, Çinin əsas maraqlarına toxunan sahələrdə odla oynamağı dayandırmalı və "Tayvanın müstəqilliyi"ni dəstəkləməməlidir", - deyə Ç. Syaoqan bildirib.

Müdafiə Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, adanın Demokratik Tərəqqi Partiyası administrasiyası yalnız özü ilə maraqlanır və Amerikaya qarşı sonsuz yaltaqlığı ilə Tayvana xəyanət edir.

"Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyi və ərazi bütövlüyünün qorunması üçün "Tayvanın müstəqilliyi" üçün hər hansı qəsdi və xarici müdaxiləni qətiyyətlə yatıracaq", - deyə Ç. Syaoqan yekunlaşdırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar