SON XƏBƏRLƏR

Amulidən yeni iddia: "Biz NATO ilə döyüşürdük"

2025.10.31, 16:00
Amulidən yeni iddia: "Biz NATO ilə döyüşürdük"

12 günlük müharibə zamanı biz əslində NATO ilə beynəlxalq müharibə aparırdıq.

Gunaz.tv

Bunu Əli xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amuli deyib.

O 12 günlük İran-İsrail qarşıdurması zamanı atəşkəs üçün Tehrana yalvarıldığın iddia edib:

"Hamı İslam Respublikasına qarşı birləşmişdi, ancaq sonda bir Avropa ölkəsinin prezidenti hər gecə zəng edib atəşkəs üçün yalvarırdı".

Ərdəbilin cümə imamı "atəşkəs üçün yalvaran" avropalı prezidentin kimliyini açıqlamayıb.

Qeyd edək ki, İsrailin hücumu zamanı bir çox başqa İran rəsmiləri kimi Həsən Amuli də gizlənmişdi və onun harada olduğu barədə məlumat yox idi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar