SON XƏBƏRLƏR

F-35 vurulmayıb - Millət vəkili İran hökumətini ifşa etdi

2025.11.01, 13:06
F-35 vurulmayıb - Millət vəkili İran hökumətini ifşa etdi

Dövlət televizyasının 12 günlük İran-İsrail müharibəsi ilə bağlı yaydığı bir sıra əhəmiyyətli xəbərlər əsassız olub.

Gunaz.tv

Bunu İran parlamentinin üzvü Məhəmməd baqiri deyib.

"Ölkədə İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aıkarlanması, İsrail casuslarının həbsi və F-35 təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. dövləttelevizyası belə şayiələr yaymamalıdır",- millət vəkili bildirib.

O, bu xəbərlərin yayılmasının arxasında şübhəli əllərin olduğununu deyib və məsələnin araşdırılmasına çağırıb:

"Deyilənə görə, 600 və ya 1000 nəfər həbs olunub, halbuki bu, doğru deyildi. Ölkədə bu qədər casusluq olmayıb".

Baqiri İranparlamentinin məsələni diqqətdə saxladığını və araşdırılma aparıldığını bildirib.

Millət vəkili xüsusən SEPH-a bağlı medianın yalan məlumatlar yaymaqda daha çox fəal olduğunu söyləyib:

"Onlar deyirdilər ki, F-35-i vurduq, pilotları əsir götürdük və s., İran Yayım Şirkəti isə bu yalanları efirə buraxırdı".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar