SON XƏBƏRLƏR

Təbrizin hava limanında qəza olub

2025.11.01, 14:36
Təbrizin hava limanında qəza olub

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin beynəlxalq hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq aerportun yan binalarından birinə çırpılıb.

Gunaz.tv

Bu haqda Təbriz hava limanının ictimaiyyətlə əlaqələr departamentinin məsul şəxsi Hadi Necati bildirib.

Onun sözlərinə görə, hadisə zamanı pilot xəsarət almayıb:

"Qəzanın dəqiq səbəbi hələ də məlum deyil və Mülki Aviasiya Təşkilatının ekspertləri bu məsələ ilə bağlı araşdırmaları davam etdirirlər".

H.Necati "Şahin Bal Aseman" şirkətinə məxsus yüngül mühərrikli təyyarnin gövdəsinin isə ciddi zədələndiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar