SON XƏBƏRLƏR

Azərbaycanlı fəalllar təbrizli tələbəyə görə bəyanat yaydı

2025.11.03, 16:29
Azərbaycanlı fəalllar təbrizli tələbəyə görə bəyanat yaydı

537 azərbaycanlı hüquq müdafiəçisi və milli-mədəni fəal edama məhkum edilən təbrizli tələbə Ehsan Fəridinin ölüm hökmünün ləğv olunası tələbi ilə bəyanat imzalayıblar.

Gunaz.tv

Bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Bəyanatı imzalayanlar İran hökumətini edam hökmlərindən narazıları susdurmaq üçün təziyq vasitəsi kimi istifadə etdiyini bildiriblər.

Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin 22 yaşlı tələbəsi Ehsan Fəridi mayın 19-da Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.

O, "müharibə" və "İran Xalq Mücahidləri Təşkilatına üzv olmaq"da günahlandırılaraq edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar