SON XƏBƏRLƏR

"Traktor" İraq komandasını məğlub etdi

2025.11.03, 22:13
"Traktor" İraq komandasını məğlub etdi

Asiya Seçmə Liqasının dördüncü həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası İraqın "Əl-Şortə" komandası ilə qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Oyun bu gün yerli vaxtla axşam saat 19:30-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda keçirilib.

"Traktor" komandasının üstünlüyü şərayitində keçirilən qarşılaşma 1-0 Təbriz təmsilçisinin xeytinə başa çatıb.

Bununlada "Traktor" turnir cədvəlində xallarının sayını 8-ə çatdırıb.

Qeyd edək ki, stadiona toplaşan tərəfdarlar ana dili və başqa milli hüquqlarla bağlı şüarlar səsləndiriblər.

Buna görə də İran televizyası bir neçə dəfə səsi kəsib və qarşılaşmanı senzura ilə yayımlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar