Açıq məktubda vəkillər Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin azadlığa buraxılmasını istəyiblər.
“İslam Cinayət Məcəlləsində bəzən vətəndaşların hüquqlarına zərər verən, əsas hüquqları və əsas azadlıqları məhdudlaşdıran və zərər verən bəndlər mövcuddur. Məhəmmədrza Fəqihinin işi də belə problemlərdən biri ilə üzləşib. O, İslam Cinayət Məcəlləsinin 610-cu maddəsi ilə 5 il həbs cəzasına məhkum edilib. O, təxminən bir ildir ki, “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq” ittihamı ilə çıxarılan hökm əsasında həbsdədir və Ali Məhkəmə hökmün icrasını iki dəfə dayandırmaq qərarı verməsinə baxmayaraq, təəssüf ki, heç bir tədbir görülməyib və müvafiq şöbələr toplaşmaq və gizli əməkdaşlıq cinayətinin mahiyyətini fundamental şəkildə araşdırmayıb və onu hələ də həbsdə saxlayırlar." - məktubda bildirilib.
Azərbaycanlı vəkil Seyid Məhəmmədrza Fəqihi 20 fevral 2025-ci il tarixindən bəri 5 illik həbs cəzasını çəkmək üçün Evin zindanında saxlanılır.
Məhəmməd Rza Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir və Tehranda yaşayır. O, müxtəlif dövrlərdə Azərbaycan milli hərəkatının bir sıra fəallarını vəkil olaraq təmsil edib.
C