SON XƏBƏRLƏR

Edam cəzası müsbət nəticə vermir - "Etmad" qəzeti

2025.11.05, 14:26
Edam cəzası müsbət nəticə vermir - "Etmad" qəzeti

Narkotik maddələrin qaçaqmalçılığına görə həyata keçirilən edamları dayandırın, bu cəza növü bu günə kimi müsbət nəticə verməyib və narkotik maddə alverinin azalmasına səbəb olmayıb.

Gunaz.tv

Bunu İranın "Etimad" qəzeti yazıb.

"Hüquq sahəsinin mütəxəssisləri hesab edirlər ki, ölüm hökmü çəkindirici amil deyil, ancaq İran hələ də digər ölkələrlə müqayisədə ən yüksək edam nisbətinə malikdir",- qəzet bildirib.

Qəzet problemin həlli üçün hökumətin seçdiyi mütodun yanlış olduğuna diqqət çəkib, başqa əvəzləyici cəza növlərinin tətbiqinin vacibliyini vurğulayıb. 

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 1272 məhbus edam edilib, onların çoxu narkotikndə günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar