SON XƏBƏRLƏR

XİN rəhbəri: Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edə bilər

2025.11.05, 14:29
XİN rəhbəri: Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edə bilər

Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif platformalarda əməkdaşlıq edə bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq konfransda bildirib.

"Ən yaxın qonşularımızla münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazın üç ölkəsinin - Ermənistan, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş baş tutub. Üç ölkənin əməkdaşlıq edə biləcəyi, ideyalarının və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər var", - o qeyd edib.

A.Mirzoyan vurğulayıb ki, tarix həm də üç ölkənin talelərinin bir-biri ilə bağlı olduğunu göstərir: onlar müstəqillik qazanıb, güclənib, zəifləyib, müstəqilliyini itirib və yenidən qazanıb - hamısı eyni vaxtda.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar