SON XƏBƏRLƏR

İranda hava çirkliliyinə görə ölənlərin sayı artıb

2025.11.05, 15:19
İranda hava çirkliliyinə görə ölənlərin sayı artıb

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə kimi İranda hava çirkliliyi səbəbindən ortalama 53470 nəfər həyatını itirib.

Gunaz.tv

Bu haqda Şəhid Beheşti Tibb Elmləri Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişikliyi Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, qeyd olunan müddət ərzində ölkədə baş verən ölümlərin 15%-i təşkil edib və bu dünya üzrə orta göstəricidən çoxdur.

Məlumatda hava çirkliliyi səbəbindən qeydə alınan ölüm hallarının əvvəlki illər müqayisədə əhəmiyətli dərəcədə artdığı bildirilib.

Qeyd edək ki, İran parlamentinin Kənd Təsərrüfatı Komisiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfiyi, ölüm sayının artmasını ölkədə təmiz hava qanununun natamam icra olunduğu ilə bağlı olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar