SON XƏBƏRLƏR

İran məhkəməsi 3 ərəb fəala 40 il həbs cəzası verdi

2025.11.06, 14:56
İran məhkəməsi 3 ərəb fəala 40 il həbs cəzası verdi

Xuzistan əyalətinin Əhvaz şəhərinin İnqilab Məhkəməsi 3 siyasi ərəb fəalı ümumlikdə 40 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Hüseyn Səhagi, Casim Loimi və Saleh Sorxi "silahlı qruplaşmaya üzv olmaq"da günahlandırılıb.

İnsan haqları təşkilatları onlara qarşı irəli sürülən ittihamların saxta olduğunu bildiriblər.

Onların sözlərinə görə, adı çəkilən ərəb fəallar işgəncə edilib, təhlükəsizlik qüvvələrinin sifarişi əsasında məhkum olunublar.

Məhbusların ailələri və insan haqları təşkilatları ərəb fəallara qarşı repressiya prosesini dayandırmaq üçün beynəlxalq ictimaiyyəti və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisini dərhal müdaxilə etməyə çağırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar