SON XƏBƏRLƏR

BAEA İrana xəbərdarlıq etdi

2025.11.06, 15:46
BAEA İrana xəbərdarlıq etdi

Beynəlxalq Atom Enerjisi Agentliyin baş dirrektoru Rafael Qrossi İrana xəbərdarlıq edib və öhdəliklərini yerinə yetirməyə çağırıb.

Gunaz.tv

Bu haqda beynəlxalq media məlumat yayıb.

"NPT-də (Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləsi-red) qalıb ancaq öhdəliklərinizi yerinə yetirməmək qəbul edilməzdir",- Qrossi deyib.

O, gərginliyin artmasının qarşısını almağın vacibliyini vurğulayaraq, İranı BMT müfəttişləri ilə əməkdaşlığını ciddi şəkildə yaxşılaşdırmağa çağırıb.

Baş dirrektor İranı nüvə obyektlərinin yoxlanılmasına mane törətdiyini və müfəttişlərə Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə giriş icazəsi vermədiyini diqqətə çatdırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar