SON XƏBƏRLƏR

İran İnqilab Məhkəməsi vətəndaş fəalı Bəhnam Vəziriniyaya 18 il həbs cəzası verdi

2025.11.07, 12:21
İran İnqilab Məhkəməsi vətəndaş fəalı Bəhnam Vəziriniyaya 18 il həbs cəzası verdi

İyun ayından bəri həbsdə olan Qaşqay türkü Bəhnam Vəziriniya Tehran İnqilab Məhkəməsi tərəfindən 18 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə Baydaq agetliyi məlumat yayıb.

Bildirilib ki, Bəhnam Vəziriniyanın məhkəmə prosesi cəmi 1 dəqiqə ərzində başa çatıb və ona 18 il həbs cəzası verilib.

Ona qarşı “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək”, “rəhbərliyi təhqir etmək”, “qanunsuz Qayı partiyasına üzvlük”, “rejimə qarşı təbliğat aparmaq” və “İsrail rejimini dəstəkləmək” kimi ittihamlar irəli sürülüb.

Vəziriniyanın ailəsinə yaxın mənbələr bildirirlər ki, onun müvəqqəti azadlığa buraxılması üçün girov qəbul edilməyib və o, hazırda Evin həbsxanasında saxlanılır. Behnam Vəziriniya qanuni müddət ərzində bu hökmdən apelyasiya şikayəti verməyi planlaşdırır.

O, 20 iyunda Tehranda həbs edilib və iki aydan çox müddətdə onun vəziyyəti barədə ailəsinə və ya vəkilinə heç bir məlumat verilməyib.

Bənamın yaxın dostlarından biri onun həbsi haqqında belə deyib, "Bəhnam yalnız Qaşqay xalqının mədəni kimliyini müdafiə etdiyinə və dil və mədəni hüquqlarını tələb etdiyinə görə həbs edilib."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar