Bu haqda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş dirrektoru Rafael Qrossi xəbərdarlıq edib.
"Hədəf alınan obyektlərdə qalan nüvə materialları İrana bir neçə nüvə silahı yaratmağa imkan verir",- o əlavə edib.
Qrossi bildirib ki, ekspertlərin hesablamalarına görə, İranın zədələnmiş sənaye-texnoloji bazalarını bərpa etmək üçün 1 il vaxt lazım olacaq.
Amerika və İsrailin İrana hücumlarını "diplomatiyadan güc tətbiqinə" keçiddə əhəmiyyətli bir dönüş nöqtəsi adlandıran baş dirrektor, danışıqlara qayıtmağa çağırıb və diplomatiyanı davamlı həllə aparan yeganə yol adlandırıb.
Qrossi həmçinin bəzi İran rəsmilərinin MAQATE hesabatının İranın nüvə obyektlərinə hücumlar üçün zəmin yaratdığı iddialarını rədd edib.
GünazTV