SON XƏBƏRLƏR

Məhbus fəallar ümumi bölməyə qaytarılıb

2025.11.10, 15:53
Məhbus fəallar ümumi bölməyə qaytarılıb

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi, həbsxananın ümumi bölməsinə qaytarılıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, adı çəkilən fəallar ümumi bölməyə qaytarılsalar da aclıq aksiyasını davam etdirirlər.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 14 gün bundan əvvəldən barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar.

Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar