SON XƏBƏRLƏR

İsrail ordusu Lübnanda Hizbullahın silah anbarına zərbələr endirib

2025.11.13, 11:26
İsrail ordusu Lübnanda Hizbullahın silah anbarına zərbələr endirib

İsrail ordusu Lübnanın güneyində Hizbullahın istifadə etdiyi yeraltı infrastruktura və silah anbarına zərbələr endirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, "sözügedən obyektlər mülki yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir və mülki şəxsləri canlı qalxan kimi istifadə etmək məqsədi güdür".

“Terrorçu Hizbullah təşkilatı Lübnan ərazisi boyu öz terror infrastrukturunu yenidən qurmağa çalışır. Bu terror obyektlərinin və Hizbullahın fəaliyyətinin mövcudluğu İsrail və Lübnan arasında əldə olunan razılaşmaların pozulması deməkdir. İsrail ordusu istənilən təhdidi aradan qaldırmağa və İsrail dövlətini qorumağa davam edəcək”, - İsrail ordusunun bəyanatında qeyd olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar