SON XƏBƏRLƏR

Vədud Əsədi aclıq eyləmi səbəbindən huşunu itirib

2025.11.13, 12:56
Vədud Əsədi aclıq eyləmi səbəbindən huşunu itirib

Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı siyasi fəal Vədud Əsədi 12 noyabr 2025-ci ildə aclıq eyləmi səbəbindən huşunu itirib, bundan sonra o həbsxananın xəstəxanasına köçürülüb.

Gunaz.tv

Məlumata görə, Vədud Əsədi həbsxananın xəstəxanasına köçürüldükdən sonra xüsusi qayğıya götürülüb və ona serum və iynə vurulub. Lakin bu Azərbaycanlı fəal həbsxana rəhbərliyinə belə bir vəziyyətin təkrarlanacağı təqdirdə heç bir serum və ya iynə vurulmasına icazə verməyəcəyini və eyləmi davam etdirəcəyini bildirib. 

Tibbi yardım aldıqdan sonra o, palatasına qaytarılıb, lakin fiziki vəziyyətinin hələ də ciddi və narahatedici olduğu bildirilir.

Vədud Əsədi, digər Azərbaycanlı siyasi fəal Tahir Nəqəvi ilə birlikdə, ədalətsizliyə, ayrı-seçkiliyə qarşı 16 gündür ki, aclıq eyləmi keçirirlər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar