SON XƏBƏRLƏR

İran İslam Respublikasına Azərbaycanlı insan haqları fəalı Əkbər Lakestaniyə 14 milyon dollar ödəmək əmri verilib

2025.11.15, 12:19
İran İslam Respublikasına Azərbaycanlı insan haqları fəalı Əkbər Lakestaniyə 14 milyon dollar ödəmək əmri verilib

Amerika federal məhkəməsi İran İslam Respublikasının Amerikada yaşayan Azərbaycanlı jurnalist, insan haqları fəalı və siyasi məhbus Əkbər Lakestaniyə 14,3 milyon dollardan çox təzminat ödəməsini əmr edən qərar qəbul etdi.

Gunaz.tv

Əkbər Lakestaninin vəkili Əli Herisçinin sözlərinə görə, məhkəmə qərarı 10 noyabr bazar ertəsi günü verilib.

Məhkəmə qərarında vurğulanıb ki, "İran İslam Respublikası Lakestaniyə qarşı girov götürmə, psixoloji işgəncə, daimi fiziki və əqli əlillik verilməsinə görə məsuliyyət daşıyır".

Xatırladaq ki, Əkbər Lakestani 2019-cu ildə xəstə və yaşlı anasını ziyarət etmək üçün İrana girərkən Qərbi Azərbaycan əyalətindəki Saro sərhədində SEPAH kəşfiyyat agentləri tərəfindən həbs edilmiş və təxminən 50 gün həbsdə saxlanılmışdır.

Azərbaycanlı siyasi fəal İran hökumətinin fiziki və psixoloji işgəncələri səbəbindən meydana gəlmiş fəsadları aradan qaldırmaq üçün Amerikada bir neçə əməliyyat keçirmiş və 2024-ci ildə onun dörd barmağı infeksiya səbəbindən amputasiya edilmişdir.
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar