SON XƏBƏRLƏR

İki şəhərdə 8 bəhai həbs edilib

2025.11.17, 10:19
İki şəhərdə 8 bəhai həbs edilib

İranda islam dinini bəhai təriqətinə təzyiqlərin davamında Kərəc və Günbəd Kavus şəhərlərində 6 nəfər həbs edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, bundan əvvəl həbs cəzasına məhkum edilən 6 bəhai saxlanılaraq Kərəc şəhərinin Kəçuyi həbsxanasına köçürülüb.

Bununla yanaşı təhlükəsizlik məmurları Günbəd Kavus şəhərində də iki bəhainin evində axtarış aparıb, onları həbs ediblər.

Kərəcdə saxlanılan 6 nəfərin hər biri "hökumətə qarşı təbliğat" ittihamına görə 5 ay azadlıqdan məhrum edilib, iki il müddətinə ölkədən çıxmlarına qadağa qoyulub.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Ötən illər ərzində İranda dini azlıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntularına aiddir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar