SON XƏBƏRLƏR

Məhbus fəalın ailəsi də aclıq aksiyasına başlayıb

2025.11.17, 15:13
Məhbus fəalın ailəsi də aclıq aksiyasına başlayıb

Evin həbsxanasında saxlanılan və 20 gündən çoxdur aclıq aksiyası keçirən milli fəal Tahir Nəqəvinin ailə üzvləri də aclıq aksiyasına başlayıblar.

Gunaz.tv

Bununla bağlı onlar sosial media şəbəkəsində paylaşım ediblər.

Bildiriblər ki, bu vasitə ilə Tahir Nəqəvi və başqa azərbaycanlı milli məhbusların durumuna diqqət cəlb etmək istəyirlət.

Nəqəvinin anası sosial mediada etdiyi video müraciəydə, azərbaycanlıları və insan haqları təşkilatlarını milli məhbuslara dəstək verməyə çağırıb.

Tahir Nəqəvi ilə eyni vaxtda aclıq aksiyasına əl atan Vədud Əsədinin də ailəsi oxşar bəyanatla çıxış edib.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi iki həftədən çoxdur barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar.

Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar