SON XƏBƏRLƏR

Vədud Əsədinin həyat yoldaşı da aclıq eyləmi keçirir

2025.11.18, 13:21
Vədud Əsədinin həyat yoldaşı da aclıq eyləmi keçirir

Evin Həbsxanasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Vədud Əsədinin həyat yoldaşı Zəhra Purasd 17 noyabr 2025-ci il tarixində yayımlanan videoda ərinin azadlıq səsini dəstəkləmək üçün aclıq eyləminə başladığını bildirib.

Gunaz.tv

"Aclıq eyləmi həbsxanalardakı siyasi məhbusların səsinin eşidilməsinin son yoludur və bu yolu davam etdirməklə həyatımızdan məhrum olacağımızı bilsək də, bizi bu yolda qətiyyətliyik. Əgər bu aclıq eyləmində həyatımı itirmək bu problemlərin həllində, bu repressiya və əxlaqsızlığa son qoymaqda təsirli olarsa, şübhəsiz ki, bunu qəbul etməyə hazıram." - deyə Vədud Əsədinin məktubunda bildirilib.

Evin həbsxanasında həbsdə olan iki milli fəal Vadud Əsədi və Taher Nəqvinin ailələri iki məhbusun aclıq aksiyasının 22-ci günündə ciddi fiziki problemlərlə üzləşdiklərini açıqlayıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar