SON XƏBƏRLƏR

Polşa xüsusi xidmət orqanları: Dəmir yolunda törədilən partlayışlarda Rusiyanın əli var

2025.11.18, 15:25
Polşa xüsusi xidmət orqanları: Dəmir yolunda törədilən partlayışlarda Rusiyanın əli var

Polşa xüsusi xidmə orqanları noyabrın 16-da Ukraynaya yardımın daşınmasında istifadə olunan dəmir yolunda baş verən partlayışlarda Rusiyanın əli olduğunu bəyan edib.

Gunaz.tv

Bu barədə Qərb mətbuatı Polşanın təhlükəsizlik nazirinin mətbuat katibi Yatsek Dobjinskinin açıqlamasına istinadən bildirib.

"Hər şey bunun Rusiyanın əməli olduğunu göstərir. Biz artıq bunu əminliklə Şərqdən olan xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı adlandıra bilərik", - Y.Dobjinski qeyd edib.

O həmçinin vurğulayıb ki, dəmir yolunda baş vermiş iki insidentin araşdırılması indiki mərhələdə məxfi qalmalıdır, bu, səmərəliliyin təmin edilməsi üçün vacibdir.

Xatırladaq ki, dünən ölkənin Baş naziri Donald Tusk Varşava-Lüblin marşrutunda baş verən partlayışları təxribat adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar