SON XƏBƏRLƏR

Amerika və "Avropa üçlüyü" Tehranı AEBA ilə təcili əməkdaşlığa çağırıdı

2025.11.19, 11:16
Amerika və "Avropa üçlüyü" Tehranı AEBA ilə təcili əməkdaşlığa çağırıdı

Almaniya, Böyük Britaniya, Fransa və Amerika çərşənbə axşamı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İdarə Heyətinə İranın nüvə obyektlərinə, zənginləşdirilmiş uran ehtiyatlarına giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.

Gunaz.tv

Bu barədə "Reuters" məlumat yayıb.

Diplomatlar layihənin, çox güman ki, bu həftənin sonlarında Avstriyanın paytaxtı Vyanada görüşməsi planlaşdırılan AEBA-nın İdarə Heyəti tərəfindən təsdiqlənəcəyini bildirirlər.

Layihəyə əsasən, İdarə Heyəti İranı AEBA-nın Əlavə Protokoluna "tam uyğun hərəkət etməyə" və bu tədbiri gecikmədən tam şəkildə həyata keçirməyə çağırır.

G7 üzv dövlətləri noyabrın 13-də Kanadanın Ontario şəhərində keçirilən görüşdən sonra İranı nüvə proqramı ilə bağlı Amerika ilə birbaşa danışıqlara çağıran birgə bəyanat yayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar