SON XƏBƏRLƏR

İran Amerika vətəndaşı olan miqrantı həbs edib

2025.11.19, 12:09
İran Amerika vətəndaşı olan miqrantı həbs edib

İran təhlükəsizlik qüvvələrinin həbs etdiyi Amerika vətəndaşı olan İranəsilli xanımın kimliyi məlum olub.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Afərin Mühacir adlı amerikalı sentyabrın 29-da İrana səfər etdiyi zaman Tehranın Xomeyni beynəlxalq hava limanında saxlanılıb.

Onun istintaq təcridxanasına aparıldığı, bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasına köçürüldüyü bildirilib.

Afərin Mühacirin həbs səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilməyib.

Qeyd edək ki, xarici vətəndaşların İranda həbs hallarının artmasından sonra Avropa Birliyi, Fransa və Almaniya da daxil olmaqla bir sıra Qərb hökumətləri vətəndaşlarının İranda saxlanılma riski barədə xəbərdarlıq edib, onları İrana səfər etməməyə və ya İranda olduqları təqdirdə bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar