SON XƏBƏRLƏR

Əhərdə 36 şagird zəhərləndi

2025.11.19, 13:06
Əhərdə 36 şagird zəhərləndi

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində 36 şagird dəm qazından zəhərlənib.

Gunaz.tv

Bununla bağlı şəhərin tibb xidmətinin başçısı Həsən Nikazər məlumat yayıb.

Onun sözlərinə görə, zəhərlənən şagirdlər xəstəxanaya köçürülüb.

Nikazər şagirdlərin həyatlarının təhlükədə olmadığını bildirib.

Tibb xidmətinin başçısı hadisənin məktəbin idman zalında baş verdiyini, səbəblərin araşdırıldığını söyləyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar