SON XƏBƏRLƏR

Sikorski: Polşanın dəmir yolundakı partlayışa cavabı diplomatiya ilə məhdudlaşmayacaq

2025.11.19, 14:46
Sikorski: Polşanın dəmir yolundakı partlayışa cavabı diplomatiya ilə məhdudlaşmayacaq

Polşa dəmir yolundakı partlayışla bağlı diplomatiyadan kənar tədbirlər görəcək.

Gunaz.tv

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Bu, təkcə təxribat aktı deyil, həm də dövlət terrorizmi aktı olub. Biz təkcə diplomatik tədbirlərlə kifayətlənməyəcəyik", - Sikorski qeyd edib.

O əlavə edib ki, qərar yaxın bir neçə gün ərzində qəbul ediləcək.

Daha əvvəl Polşa xüsusi xidmət orqanları Ukraynaya yardım daşınan dəmir yolunda noyabrın 16-da baş vermiş partlayışlarda Rusiyanın əli olduğunu bildirmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar