Bunu İsrailin "The Jerusalem Post" qəzeti yazıb.
Qəzetin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, "Hizbullah" açıq şəkildə atəşkəs razılaşmalarını pozur və Cənubi Livanın tərksilah edilməsi və silahsızlaşdırılması prosesinə qarşı çıxır.
Hərbi mənbələrin sözlərinə əsasən, İsrail ordusunun son hücumları "Hizbullah" infrastrukturunu və güclərini bərpa edən qüvvələri hədəfə alıb.
"İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandiri "Hizbullah"ın pozuntularına daha güclü cavab istəyir, ancaq bu mərhələdə ABŞ İsrailin bu istiqamətdəki əməliyyatlarına qarşı çıxır",- hərbi mənbələr əlavə ediblər.
GünazTV