SON XƏBƏRLƏR

İran polisi daha bir bəluçu öldürdü

2025.11.20, 16:39
İran polisi daha bir bəluçu öldürdü

İran polisi Hormozqan əyalətinin Bəndər Abbas şəhərində hərbçiləri şəxsi minik avtomobilinə atəş açıb.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsindəMustafa Dehmərde adlı mülki şəxs hadisə yerindəcə həlak olub.

Rəsmi məlumata görə, minik avtomobilində qanunsuz yanacaq daşıyan Dehmərde polislərin dayan əmrinə tabe olmadığına görə güllələnib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar