SON XƏBƏRLƏR

İran polisi daha bir bəlucu güllələyərək öldürdü

2025.11.21, 12:13
İran polisi daha bir bəlucu güllələyərək öldürdü

Ötən gün Cənubi Xorasan əyalətinin Nəhbəndan rayonunda İran polisi daha bir etik bəlucu güllələyərək öldürüb.

Gunaz.tv

Bununla bağlı Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, polislər qanunsuz yanacaq alveri ilə məşğul olan Ümid Ərbabinin avtomobilinə atəş açıblar, nəticədə 34 yaşlı etnik bəluçub avtomobili partlayıb və sürücü yerindəcə həlak olub.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar