SON XƏBƏRLƏR

Tahir Nəqəvi məhkəmə həkimləri tərəfindən müayinə edilib

2025.11.21, 12:31
Tahir Nəqəvi məhkəmə həkimləri tərəfindən müayinə edilib

19 noyabr tarixində Evin həbsxanasında saxlanılan Azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəvi fiziki vəziyyətinin pisləşməsi səbəbindən Tehran məhkəmə tibb şöbəsində müayinə edilib.

Gunaz.tv

Siyasi fəalın qohumlarının sözlərinə görə, Tahir Naqəvini müayinə edən həkimlər onun sağlamlığı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Həkimlər aclıq eyləminin davam etdirilməsinin onun sağlamlığına və fiziki vəziyyətinə təhlükə yarada biləcəyini vurğulayıblar. Buna baxmayaraq, Tahir Naqəvi bəy tələbləri yerinə yetirilənə qədər aclıq eyləmini davam etdirəcəyini bildirib.

Evin həbsxanasının 240-cı bölməsində saxlanılan vəkil və siyasi məhbus Tahir Nəqəvi tibbi yardıma çıxışın olmamasına və ayrı-seçkiliyə etiraz olaraq aclıq aksiyası keçirir. Ailəsi də son həftələrdə onun sağlamlığı ilə bağlı narahat olaraq Evin həbsxanasının qarşısında oturaq aksiya keçirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar