SON XƏBƏRLƏR

İranda hava çirkliliyi- 6 şəhərdə narıncı xəbərdarlıq

2025.11.21, 16:06
İranda hava çirkliliyi- 6 şəhərdə narıncı xəbərdarlıq

Tehranın havası çirkləndiricilərin artması səbəbindən həssas qruplarına mənsub vətəndaşlara açıq havaya çıxmamaq tövsiyə edilib.

Gunaz.tv

Bununla bağlı İran Meteorologiya Təşkilatı məlumat yayıb.

Bununla yanaşı Meteorologiya Təşkilatı İsfahan, Təbriz, Kərəc, Əhvaz və Məşhəd şəhərləri üçün narıncı həyəcan siqnalı verib və tendensiyanın davam edəcəyi və çirkləndirici mənbələrə nəzarət edilmədiyi təqdirdə bu şəhərlərdə hava keyfiyyəti indeksinin təhlükəli səviyyəyə çatacağını açıqlayıb.

Bildirilib ki, başqa bölgələrdə də vəziyyət ürək açan deyil, ancaq Tehran, İsfahan, Təbriz, Kərəc, Əhvaz və Məşhəd çirklənmənin intensivləşmə ehtimalına görə başqa bölgələrə nisbətən daha yüksək riskli şəhərlər siyahısındadırlar.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin rəsmisi Əlirza Rəisinin verdiyi məlumata görə, son 1 il ərzində İranda hava çirkliliyi səbəbindən ortalama 58975 nəfər həyatını itirib.

Onun sözlərinə görə, həmin müddət ərzində hava çirkliliyi səbəbindən ölkəyə 17 milyard dollar ziyan dəyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar