SON XƏBƏRLƏR

Zelenski Amerika rəsmiləri ilə müharibənin dayandırılması təkliflərini müzakirə edib

2025.11.22, 09:44
Zelenski Amerika rəsmiləri ilə müharibənin dayandırılması təkliflərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın vitse-prezidenti Ceyms Di Vens və Amerika ordusu naziri Kristin Driskoll ilə təxminən bir saat davam edən telefon danışığı həyata keçirib.

Gunaz.tv

Tərəflər Vaşinqtonun müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü təkliflərin detallarını, eləcə də davamlı sülhə nail olmaq üçün Amerikanın milli təhlükəsizlik müşavirləri ilə birgə iş mexanizmlərini müzakirə ediblər.

Zelenski Ukraynanın Amerika və Avropa ilə əməkdaşlığa hazır olduğunu bildirib və prosesin ən effektiv, real şəkildə aparılması üçün qarşı tərəflə daimi əlaqəni vacib saydığını vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar