SON XƏBƏRLƏR

İranda yanğınların qarşısının alına bilməməsinin səbəbi - Korrupsiya

2025.11.24, 15:00
İranda yanğınların qarşısının alına bilməməsinin səbəbi - Korrupsiya

Ölkədə baş verən yanğınların qarşısının alınması üçün niyə yetırli qədər texnika və yanğınsöndürən helikopterlər yoxdur? Buna cavab verilməlidir.

Gunaz.tv

Bunu Babol şəhərinin İrannparlamentindəki nümayəndəsi Həsən Nəttaz Sülhdar deyib.

"Məsul qurumlar ixtisaslaşmış avadanlıq almaq əvəzinə minimal imkanlarla fəaliyyət göstərir. Yanğınsöndürmə helikopterlərinin alınması üçün büdcədən vəsait ayrılsa da, helikopterlər alınmayıb və indi bu büdcənin hara xərcləndiyi müəyyən edilməlidir",- millət vəkili tələb edib.

O, baş verən hadisələrlə mübarizə üçün ölkədə vahid komandanlığın olmadığını və əlaqədar dövlət qurumları arasında koordinasiyanın zəif olduğunu bildirib:

"Hirkan meşələrində baş verən son yanğın mütəxəssislərin xəbərdarlıqlarına məhəl qoymamağın, avadanlıq çatışmazlığının və profilaktik idarəetmənin olmamasının nəticəsidir."

Qeyd edək ki, yanğınları qarşısının alına bilməməsi iranlı sosial media istifadəçilərinin də ən çox müzakirə etdiyi mövzulardan birinə çevrilib.

Onlar ölkənin illik büdcəsinin əhəmiyyətli hissəsinin raket və nüvə proqramına ayrıldığı halda, yanğın, daşqın, zəlzələ və başqa bu kimi hadisələrin fəsadlarının aradan qaldırılması üçün texnika və avadanlıqlara minimum vəsait ayrılmadığını tənqid ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar