SON XƏBƏRLƏR

İran Britaniyaya qarşı Şotlandıya istiqlalçılarından istifadə edir

2025.11.24, 16:09
İran Britaniyaya qarşı Şotlandıya istiqlalçılarından istifadə edir

X sosial şəbəkəsində özlərini Şotlandiya fəalları kimi təqdim edən bir sıra Şotlandiya müstəqillik tərəfdarının hesablar İran daxilindən idarə olunur.

Gunaz.tv

Bu haqda UK Defence Journal (Böyük Britaniyanın Müdafiə Jurnalı) məlumat yayıb.

Məlumata görə, bu hesabların bəziləri 12 günlük müharibə zamanı İran hökumətini qısa müddətə dəstəkləyib, ancaq Tehran hökuməti müharibə zamanı İranda ümumölkə internet bağlanmasına başladıqda, bu hesablar eyni vaxtda bağlanıb.

UK Defence Journal saytı aylardır ki, bu şəbəkə ilə əlaqəli bir neçə hesabı izlədikdən sonra indi yeni X məlumatları şəbəkənin mütəşəkkil və istiqamətləndirilmiş davranışını təsdiqləyib.

"Bu hesablar Şotlandiya ilə əlaqəli şəkillərdən, sözlərdən və yerli istinadlardan istifadə etməklə "normal" görünməyə çalışır, lakin araşdırmalar göstərir ki, onların əsas məqsədi İslam Respublikasının təbliğatına xidmət etməkdir",- məlumatda bildirilib.

Qeyd edək ki, son illərdə İran hökuməti "kiber ordusuna" böyük büdcələr xərcləməklə sosial mediada ictimai rəy məkanını yaratmağa, siyasi-ideoloji təbliğatını genişləndirməyə çalışır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar