SON XƏBƏRLƏR

Tahir Nəqəvi müalicə olunmadan həbsxanaya qaytarıldı

2025.11.24, 16:33
Tahir Nəqəvi müalicə olunmadan həbsxanaya qaytarıldı

Evin həbsxanasında 3 həftədən çoxdur aclıq aksiyası keçirən azərbaycanlı hüquqşünas, siyasi məhbus və mədəni fəal Tahir Nəqəvi noyabrın 23-də vəziyyətinin pisləşməsinə görə "şühadayi Təcriş" xəsətxanasına köçürülüb.

Gunaz.tv

Bununla bağlı siyasi məhbusun yaxınları məlumat yayıb.

Məlumata görə, Nəqəvi xəstəxanaya köçürüldükdən qısa müddət sonra və müalicə olunmadan yenidən Evin həbsxaasına geri qaytarılıb.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 3 həftədən çoxdur barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar.

Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar