SON XƏBƏRLƏR

Ağ Ev: Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb

2025.11.25, 12:12
Ağ Ev: Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb

Amerika Prezidenti Donald Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin Vaşinqton NATO-ya silah göndərir.

Gunaz.tv

Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.

O, həmçinin Amerika tərəfinin bunu daimi olaraq edə bilməyəcəyini vurğulayıb.

"Prezident Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin Amerika hələ də NATO-ya xeyli miqdarda silah göndərir və satır. Lakin biz bunu daimi olaraq edə bilmərik. Və prezident bu müharibənin bitməsini istəyir", - Livitt qeyd edib.

O, Trampın Ukraynadakı müharibənin sona çatması ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına ümidli və nikbin olduğunu qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar