SON XƏBƏRLƏR

Lavrov Əbu-Dabidə Rusiya-Amerika danışıqları ilə bağlı xəbərləri şərh edib

2025.11.25, 14:47
Lavrov Əbu-Dabidə Rusiya-Amerika danışıqları ilə bağlı xəbərləri şərh edib

Rusiyanın Vaşinqtonla daimi əlaqə kanalları var.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə Rusiya-Amerika danışıqları ilə bağlı Amerika mediasının xəbərlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moskva sülh təşəbbüslərini pozmağa yönəlmiş boş söhbətlər etməkdənsə, diplomatiya ilə məşğul olmağa üstünlük verir.

Lavrov vurğulayıb ki, Rusiya Amerikanı Ukrayna ilə bağlı danışıqlar prosesində tələsdirmir: "Biz ümid edirik ki, Amerika Ukrayna və Avropa ilə məsləhətləşmələrini başa vurduqda, onlar Moskvaya məlumat verəcəklər".

Qeyd edək ki, Amerika mediası Əbu-Dabidə bu gün keçiriləcək görüşdə Amerika ordu nazirinin Rusiya rəsmilərinə Ukraynada münaqişənin həlli ilə bağlı qısaldılmış plan təqdim edəcəyi barədə məlumat yayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar