SON XƏBƏRLƏR

İran polisi iki nəfəri güllələdi

2025.11.26, 12:12
İran polisi iki nəfəri güllələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin Xaş şəhəri yaxınlığında şəxsi minik avtomobilinə atəş açıb.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində 42 yaşlı İskəndər Şahnavazi yerindəcə həlak olub, Mühibullah adlı Əfqanıstan vətəndaşı isə yaralanıb.

Onlara Xaş şəhərinin girəcəyində polis postuna yaxınlaşarkən əvvəlcədən xəbərdarlıq edilmədən atəş açıldığı bildirilib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar