SON XƏBƏRLƏR

Pezeşkianın Trampa məktubunu ifşa edən siyasətçiyə cinayət işi açılıb

2025.11.27, 12:23
Pezeşkianın Trampa məktubunu ifşa edən siyasətçiyə cinayət işi açılıb

Tehran Prokurorluğu İran prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman vasitəsilə ABŞ prezidenti Donald Trampa məktub yazdığı barədə məlumat yayan keçmiş millət vəkili Mustafa Kəvakəbiana qarşı cinayət işi açıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

İran Məhkəmə Sistemi siyasətçinin iddiasını "ağ yalan" adlandırıb və onu "yalan məlumatlar yaymaq"da günahlandırıb.

Qeyd edək ki, Mustafa Kəvakəbian ötən həftə mediaya verdiyi məlumatda prezident Məsud Pezeşkianın ölkə rəhbəri Əli Xaməneinin icazəsi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman vasitəsilə ABŞ prezidenti Donald Trampa məktub göndəriyini deyib.

Onun sözlərinə görə, Bin Salman Vaşinqtona son səfəri zamanı Pezeçkianın məktubunu Trampa çatdırıb və məktubda Pezeşkian İranın ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar