SON XƏBƏRLƏR

Wall Street Journal: İran Dubay vasitəsilə Hizbullaha yüz milyonlarla dollar köçürüb

2025.11.28, 13:33
Wall Street Journal: İran Dubay vasitəsilə Hizbullaha yüz milyonlarla dollar köçürüb

Son bir ildə İran İslam Respublikası Dubaydakı valyuta mübadiləsi məntəqələri, özəl şirkətlər və pul köçürmə şəbəkəsi vasitəsilə Lübnan Hizbullahına yüz milyonlarla dollar neft gəliri vəsaiti köçürüb.

Gunaz.tv

Bu barədə "Wall Street Journal" məlumat yayıb.

Qəzetin məlumatına görə, Hizbullah ötən ilki İsraillə müharibədən sonra Suriya üzərindən əvvəlki pul köçürmə yollarını itirib və yenidənqurma və yenidən silahlanma üçün ciddi maliyyə resursları çatışmazlığı ilə üzləşib.

Xatırladaq ki, İran İslam Respublikasının əsas müttəfiqi olan Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə onların ənənəvi qaçaqmalçılıq yolları pozulub. Digər tərəfdən, Lübnan hakimiyyəti Beyrut hava limanından daxil olan nağd pula daha sərt nəzarət tətbiq edir.

Qeyd edək ki, Amerika Maliyyə Nazirliyi əvvəllər Sepah-ın Qüds Qüvvələrinin təkcə bu il Hizbullaha 1 milyard dollardan çox pul köçürdüyünü, bunun böyük bir hissəsinin pul mübadiləsi mərkəzləri vasitəsilə köçürüldüyünü açıqlamışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar