SON XƏBƏRLƏR

Londonda türk və ərəb fəallar İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

2025.11.29, 11:43
Londonda türk və ərəb fəallar İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Bir sıra türk və ərəb milli fəalları Londondakı İran səfirliyinin qarşısında Azərbaycan siyasi məhbuslarına dəstək məqsədilə etiraz mitinqi keçiriblər.

Gunaz.tv

Fəallar İranın müxtəlif həbsxanalarındakı Azərbaycan siyasi məhbusları dəstəkləmək üçün onların dərhal azadlığa buraxılmasını tələb edərək Londondakı İran səfirliyinin qarşısında toplaşıblar. Etirazçılar əllərində "İranda edama yox", "İranda irqçiliyə son qoyulsun", "Güney Azərbaycanın siyasi məhbuslarını azad edin", "İranda Azərbaycanlıların qırğınına son qoyulsun" və "Ana dilimizdə təhsil bizim haqqımızdır" kimi cümlələr yazılmış plakatlar tutublar.

Məşhur ərəb yazıçısı, jurnalist və İranda İrqçilik və anti-Ərəbçiliklə Mübarizə Mərkəzinin katibi Yusif Əzizi Bəni Toruf da mitinqdə iştirak edib və çıxış edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar