SON XƏBƏRLƏR

Xaməneinin nümayəndəsi quraqlığıa görə vətəndaşları günahlandırdı

2025.11.29, 13:59
Xaməneinin nümayəndəsi quraqlığıa görə vətəndaşları günahlandırdı

İran rəhbəri Əli Xaməneinin Alburz əyalətindəki nümayəndəsi və Kərəc şəhərinin cümə imamı Məhəmməd Mehdi Hüseyni Həmədani quraqlıq və su çatışmazlığına görə vətəndaşları günahlandırıb.

Gunaz.tv

O, bu barədə ötən gün çıxış etdiyi cümə namazında deyib:

"Quraqlıq insanların günah əməllərinin nəticəsidir və problemin həlli üçün vətəndaşlar tövbə edib və dua oxumalıdırlar".

Ölkədə hicab vəziyyətinin də ürəkaçan olmadığını deyən cümə imamı, bununda quraqlığın hökm sürməsində əhəmiyyətli dərəcədə rol oynadığını iddia edib.

Qeyd edək ki, bundan əvvəl də Əli xaməneinin bir neçə nümayəndəsi su çatışmazlığının günahını vətəndaşlarda görüb, onları tövbə etməyə çağırıblar.

Ekspertlər quraqlıq böhranının əsas səbəbi kimi hökumət strukturlarının səmərəsizliyini və su sektorundakı xroniki idarəetmənin pisliyini göstəriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar